Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi)

İşin təsviri

İş haqqında məlumat:

  • Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
  • Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
  • Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
  • Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
  • Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
  • Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
  • Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
  • Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 30-40
  • Korporativ satışda rəhbərlik  üzrə 2 il iş təcrübəsi
  • İdarəetmə bacarığına malik olmalı
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
  • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq      
  • Təqdimat bacarığının olması  
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli 
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək. 

İş şərtləri:

  • Həftədə 5 iş günü, saat 09:00-18:00
  • Əmək haqqı: 2000-2300AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]