Çilingər Mexanik

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
  • Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
  • Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
  • Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
  • Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
  • Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
  • Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
  • Qol boru və keçidləri yerində hazırlamaq
  • Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq
  • Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
  • Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
  • Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək

Tələblər: 

  • Müvafiq sahədə 1 ildən çox iş stajı
  • Buxar maşınları ilə işləmək təcrübəsi mütləqdir
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
  • Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək

Əmək şəraiti:

  • İş qrafiki: növbəli, 08:00 - 20:00; 20:00 - 08:00.
  • Əmək haqqı - 600 – 700 ( Namizədə görə müəyyən ediləcək)
  • İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
  • Yemək və servis təminatı mövcuddur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Sentyabr tarixinədək emailin mövzu hissəsində Çilingər Mexanik qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi