Baş hüquqşünas

  • SƏBA
  • Elanın qoyulma tarixi: 31.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə korporativ idarəetmə ilə əlaqədar daxili qaydalar, prosedurlar hazırlamaq;
  • Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
  • Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
  • Cəmiyyətdə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək:
  • Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı məktub, ərizə və şikayətləri qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
  • Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
  • Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlamaq;
  • İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.

Namizədə tələblər:

  • Ali hüquq təhsili; 
  • Ən az 5 il iş təcrübəsi ( məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər; 
  • Azərbaycan, ingilis və rus dillərini əla bilmək.
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq,  zəhmət olmasa, elektron ünvanına göndərərdiniz.

Yalnız CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Əmək haqqı 1200-1500 manat

Email: [email protected]