Qida istehsalatı (meyvə qurutma) üzrə texnoloq

  • Company
  • Elanın qoyulma tarixi: 28.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (qida texnologiyası sahəsi);
  • İş təcrübəsi – 1 ildən artıq (qida sektorunda);
  • Stress altında işləmə və idarəetmə bacarığı;
  •  Yaş həddi 30-35-dən yuxarı.

Vəzifələr:

  • İstehsal prossesinə nəzarət, istehsal edilən məhsulların kontrolu, yeni məhsulları, asortimentlərin təklifi,tabeçiliyində olan personalın düzgün idarə etməsi
  • Müəssisə məhsullarının istehsalının proqressiv, iqtisadi cəhətdən əsaslandırılmış resurs və təbiətqoruyucu texnoloji proseslərinin hazırlanması və tətbiq olunması, istehsalın texnoloji səviyyəsinin artırılmasını və texniki yenidənsilahlandırılmasını, xammal, material, əmək sərfi, ərzağın keyfiyyətinin yaxşılaşdırılması, əmək məhsuldarlığının artmasını təmin edən işlərin yerinə yetirilməsi;
  • Yeni texnika və texnologiyanın tətbiqi, istehsalın texniki-iqtisadi effektivliyinin artırılması, texnoloji sənədləşdirmənin hazırlanması planlarının tətbiqi, sexlərin, sahələrin və digər istehsal bölmələrinin bunlarla təmin olunmasına nəzarətin həyata keçirilməsi;
  • İstehsalın texnoloji hazırlanmasının cari və perspektiv planlarının yerinə yetirilməsi, qəbul olunmuş texnoloji proseslərə ciddi riayət edilməsinə nəzarət, texnoloji intizam pozuntularının aşkara çıxarılması və onun aradan qaldırılması;
  • Yeni sexlərin və sahələrin təşkili və planlaşdırılıması, ixtisaslaşdırılması, yeni texnikanın mənimsənilməsi, avadanlığın istehsal həcminin hesablanması;
  • Xammala, əsas və köməkçi materiallara, yarımfabrikatlara, əmək sərfi normalarının tətbiqinə, texnoloji yanacaq və elektroenerji məsrəflərinə, zay məhsulların aradan qaldırılması üzrə tələblərə olan tələbat və texniki şərtlərin işlənilməsi;
  • İstehsalın hazırlanması texnologiyasının təkmilləşdirilməsinin təmin olunması;
  • Məmulatların hazırlanması texnologiyasının təkmilləşdirilməsi;
  • Yeni növ məhsulların mənimsənilməsində eksperimentlərin aparılması
  • Müəssisəyə daxil olan xammalın keyfiyyətinə nəzarət
  • Hazır məhsula,onun qablaşdırılması keyfiyyətinə nəzarət
  • İstehsalada istifadə olunan ərzaqlara nəzarət etmək
  • Qida Məhsullarının saxlanıldığı anbarın təmizliyini nəzarətdə saxlamalı
  • Ölçü vahidləri nomenklaturasının və ölçmə dəqiqliyinin normalarının təyin olunması, onların yerinə yetirilməsi üçün lazımi vasitələrin seçilməsi, məhsulun keyfiyyətinə nəzarət metodlarının təkmilləşdirilməsi;

İş şəraiti:

  • Həftə içi: 6 iş günü, 1 istirahət günü.
  • Korporativ nömrə verilir
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir

CV-ləri elektron ünvana göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Email: [email protected]