Baş mühasib

  • Novas Agro
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • İş yeri Zirə qəsəbəsində yerləşir;
  • 6 günlük iş qrafiki;
  • Saat 08:30-17:30;
  • Əmək haqqı: müsahibə əsasında namizədin bilik bacarığına görə dəyişir.

Vəzifələr:

  •  Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • Ayın bağlanmasını həyata keçirir;
  • Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
  • Təcrübə: Aqro sahədə (Kənd təsərrüfatı) iş təcrübəsi
  • 1C proqramında işləmək bacarığı;
  • IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə bilikləri olanlara üstünlük verilir
  • Məsuliyyətli, kollektivdə işləmə bacarığı;

Email: [email protected]