1C İnzibatçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisə və filialların məlumat ehtiyaclarını təhlil etmək və istifadəçi hüquqları ilə təmin etmək;
  • Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları analiz etmək və proqramçılara bu barədə məlumat vermək;
  • Proqramçılar tərəfindən icra olunan işlərə nəzərat etmək;
  • 1С 8.3 informasiya sisteminin istifadəçi təminatımı dəstəkləmək;
  • İstifadəçilərin 1Cproqramında yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
  • 1C bazasının işini təhlil etmək və optimallaşdırmaq;
  • 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq;
  • 1C sistemində müxtəlif problemləri həll etmək;
  • 1C bazasını idarə etmək (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabat vermək və s.).

Tələblər:

  • İnformatika, kibernetika, kompüter mühəndisliyi sahəsində ali təhsil;
  • 1 ildən yuxarı iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilini, rus dilini əla səviyyədə bilməli, ingilis dili biliyi arzuolunandır;
  • MS Excel , 1C 8.3 yüksək səviyyədə bilməli, UPP proqramlarında irəli səviyyədə işləmə bacarığı;
  • Analitik düşünmə və problemləri zamanında həll etmə bacarığı;
  • Ünsiyyət və təqdimat bacarığı.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Etibarlı
  • Dürüst

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/1c-inzibatchisi?sources=Jobsearch.az