Satış şöbəsinin müdiri

  • In4Tech
  • Elanın qoyulma tarixi: 26.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək; 
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Təkrar müştərilərə çarpaz satış məhsulları və xidmətləri ilə bağlı təkliflər hazırlamaq;
  • Rəqib təşkilatlar, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
  • Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək, şikayət və təklifləri analiz etmək
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək; 
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
  • İT sahəsində biliklərin olması

Tələblər:

  • Minimum 3 il iş təcrübəsi satış müvafiq sahəsində (rəhbər);
  • Mükəmməl liderlik və idarətmə bacarıqları;
  • Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
  • Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst bilmək;
  • MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
  • Lazım olduğu halda ezamiyyəyə getmək imkanı.

Biz Sizə təklif edirik:

  • Korporativ nömrə (paket) və telefon;
  • Əmək haqqı: razılaşma yolu ilə;
  • Əmək haqından əlavə satışdan bonus.

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Vakansiyanın Adı - ASA”  sözlərini qeyd edib göndərsinlər. CV-lər email ünvanına göndərilməlidir. 

Vakasiya ilə bağlı şirkətə zəng etməyə ehtiyac yoxdur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Email: [email protected]

In4Tech tərəfindən digər vakansiyalar