İctimaiyyətlə əlaqələr üzrə menecer

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  •  Ali təhsil (Marketing, Jurnalistika və əlaqəli sahə);
  • İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə olmalı;
  • Kopiraytinq bacarıqlarına malik olmalı, press-reliz məqalələri yazmağı bilməlidir;
  • Tədbirlərin, sərgilərin, seminar və konfransalrın təşkilini bacarmalıdır;
  • Natiqlik qabiliyyəti olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Mətbuatla əlaqələrin qurulması və genişləndirilməsinə nəzarət;
  • Press-reliz və müsahibələrin hazırlanması və işıqlandırılması;
  • STP haqqında çıxan məlumatların monitorinqi və qiymətləndirilməsi;
  • Sosial şəbəkələrə məlumatların yerləşdirilməsinə nəzarət;
  • Dizayn və çap işlərinə dair təkliflərin və ideyaların verilməsi;
  • Admin panelin idarə olunmasına, sayta məlumatlarının daxil edilməsinə, sualların cavablandırılmasına nəzarət.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sigorta ilə təminat;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə menecer” yazaraq 25.08.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur. 

Email: [email protected]