İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirmək;
 
	- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayaraq 1C sisteminə işlənməsini təmin etmək;
 
	- Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
 
	- Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
 
	- Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
 
	- Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparmaq;
 
	- Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparmaq;
 
	- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik etmək;
 
	- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
 
	- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
 
Tələblər:
	- Ali təhsil;
 
	- Təcrübə - Ən azı 3 -5 il iş təcrübəsi (Müvafiq sahədə 2 il);
 
	- Dil bilikləri - Azərbaycan dili (sərbəst), rus və ingilis dilləri (orta);
 
	- MS Office bilikləri (Word, Excel, Outlook);
 
	- 1C proqramı;
 
	- Kollektivlə işləmə qabiliyyəti.
 
Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “Mal-material Anbardarı” vəzifəsini qeyd etməklə CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər.