İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər:
	- Təhsil: Ali;
 
	- Yaş: 30-50;
 
	- Cins: Bəy
 
	- Müvafiq sahə üzrə minimum 3il iş təcrübəsi;
 
	- MS Office (Word,Excel,Power Point) proqramlarında işləməyi bilməli;
 
	- AR qanunvericiliyini və logistika sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidi;
 
	- Logistika sistemlərinin əsasları,əlaqələrinin formalaşdırılması qaydalarını bilməli;
 
	- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməli;
 
Vəzifə öhdəlikləri:
	- Logistika üzrə bütün işlərin həyata keçirilməsinə nəzarət;
 
	- Anbar fəaliyyətinə nəzarət və idarə olunması,işin səmərəliliyinin planlaşdırılması və təhlili;
 
	- Qida məhsullarının pərakəndə və digər satış nöqtələrinə çatdırılmasının təşkili;
 
	- Qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün struktur bölmələr ilə qarşılıqlı əlaqə;
 
	- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək,geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək;
 
	- Məhsulların saxlanması,daşınması və daxili hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi tədbirlərini təşkil etmək;
 
	- Nəqliyyat planlarının işlənib hazırlanması,texnoloji prosesin təşkil edilməsi,prosesin sənəd dövriyyəsinin təmin edilməsi,nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsinin təhlil edilməsinə nəzarət etmək:
 
İş şəraiti:
	- İş qrafiki: Həftə içi 5 gün;
 
	- İş saatı: 09:00-18:00;
 
	- Nahar şirkət tərəfindən təmin edilir;
 
	- Əmək haqqı: 1500-2000azn;
 
	- Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç.
 
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Logistika Şöbə Müdiri" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]