Data Analitik

  • eManat
  • Elanın qoyulma tarixi: 19.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə qoyulan tələblər:

  • Ali təhsil;
  • Ən azı 2 il iş təcrübəsi;
  • Microsoft Office və digər xüsusi proqramların işləmə bacarığı;
  • PL/SQL və SQL proqramlaşdırma dilləri barədə güclü məlumat;
  • SQL-də analitik funksiyalarla işləmə bacarığı;
  • Güclü analitik, təşkilatı və ünsiyyət bacarıqları;
  • OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq;
  • Performans qiymətləndirmə və SQL optimallaşdırma təcrübəsi;
  • Məlumat anbarlarının tətbiqi təcrübəsi;
  • Oracle BI,Tableau  ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
  • Dil tələbləri: Azərbaycan dili, Rus və İngilis dili bilməsi arzuolunandır;
  • Komandada işləmək bacarığı və stressə davamlılıq;
  • Məsuliyyət, dəqiqlik, opertativlik və problemi həll etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Proseslərin və tranzaksiyaların analizi və hesabatının çıxarılması;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
  • Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi, 
  • zəif nöqtələrin və imkanların aşkarlanması;
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
  • Verilənlər Bazası (DB) ilə işləmə;
  • Optimallaşmış SQL  sorğularla müxtəlif hesabatların alınması;
  • DB-də prosedur, Job-ların qurulması;
  • Performans izləmə və optimallaşdırma;
  • Kod nəzərdən keçirilməsi

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Data analitik” yazılmalıdır.

Email: [email protected]

İşəgötürənin reytinqi