Proqram Təminatı üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 17.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
  • Proqram təminatlarının işləməsinə (bağlantının fasiləsizliyinin təminatına) nəzarət edilməsi;
  • Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
  • Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və rəhbərin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
  • Hesabatların hazırlanması və təhlil edilməsi;
  • Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
  • Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
  • Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • C#, Java və OOP üzrə biliklər;
  • Javascript, ReactJS üzrə biliklər;
  • Database MS SQL (T-SQL) üzrə biliklər;
  • Alqoritm bilikləri;
  • Araşdırmaq və problem həll etmə bacarğı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;
  • Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertifikatların olması arzu olunandır;
  • İş təcrübəsi : 2 il (Satış və distribyutor sahəsində);
  • Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi