Daxili Nəzarət üzrə mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 17.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Dövrü və illik hesabatların analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ - nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
  • Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
  • Risklərin müəyyən edilməsi və idarə olunması məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyənləşdirilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qarşısının alınması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
  • Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ - nin rəhbərinə məlumat verilməklə, yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
  • Şirkətə məxsus struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal - materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
  • Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ - nin rəhbərinin məlumatlandırılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • İş təcrübəsi: Sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş qrafiki : 08:00-17:00;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email; [email protected]   

İşəgötürənin reytinqi