İqtisadi təhlil və Aktuar hesablamalar üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 12.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aktuar hesablamalar üçün lazım olan məlumatların dəqiq və müntəzəm toplanmasına və  saxlanmasına nəzarət etmək;
  • Toplanmış məlumatların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin etmək;
  • Sığorta öhdəliklərinin hesablanması və onlara uyğun maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
  • Statistik məlumatlar əsasında risklərin qiymətləndirilməsini həyata keçirmək;
  • Aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəricilərlə bağlı hesabat və təqdimatlar hazırlamaq;
  • Qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə hesabat formalarını hazırlamaq;
  • Hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanmasını həyata keçirmək.

Tələblər:

  • İqtisadiyyat, riyaziyyat, maliyyə və ya statistika ixtisasları üzrə ali təhsil
  • Strateji təhlil, maliyyə və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • “Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
  • Aktuar riyaziyyatı üzrə nəzəri biliklər;
  • Həyat sığortasının riyaziyyatına dair biliklər;
  • Yüksək təqdimat bacarıqları;
  • İngilis və rus dili bilikləri üstünlükdür;
  • Səlis danışıq bacarığı;
  • Operativlik;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Planlama və zamanın idarəolunması.

Digər:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri
  • Vakansiya üzrə müraciətin son tarixi: 22.07.2022

Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxilolaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil və aktuar hesablamalar üzrə baş mütəxəssis) qeyd edin.