SƏTƏMM – Qida Mühəndisi

  • Seaport Catering
  • Elanın qoyulma tarixi: 12.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət; 
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
  • Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər , Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə  uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
  • Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
  • Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
  • Qida sahəsində iş təcrübəsi mütləqdir
  • Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
  • Bu sahədə ən azı 3 illik iş təcrübəsi
  • Regionlara ezamiyyə 
  • Əmək haqqı 1000 - 1200 azn 

CV-nizi “ Qida Mühəndisi  “ qeyd edib elektron ünvanına göndərməyiniz xahiş olunur

Email: [email protected]