Anderraytinq şöbəsinin rəhbəri

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər: 

  • Şöbənin işinə gündəlik nəzarət edilməsi, yaranan sualların operativ həll edilməsi; həmçinin şöbənin işinin qayda və qanun çərçivəsində aparılması;
  • İşçilər arasında effektiv iş bölgüsünün aparılması və onların işinə nəzarət edilməsi;
  • İşçilərin effektiv işləmələri üçün düzgün idarəçilik metodların tətbiq edilməsi və onların işlərinə nəzarət;
  • İşlərin və işçilərin zəif və güclü tərəflərini müəyyən etmək üçün düzgün nəzarət sisteminin qurulması;
  • Bütün növ sığortalarda zərərlilik barəsində rüblük, yarımillik və illik hesabatların aparılması, zərərlilik analizinin aparılması;
  • Bütün anderraytinq sənədləri üçün vahid bazanın yaradılmasına rəhbərlik edilməsi;
  • Müvafiq növ sığorta üçün  risklərin təkrarsığortası barəsində menecerə məsləhətlərin verilməsi; 
  • Satış və marketin departamentlərinin əməkdaşlığı ilə yaradılan yeni sığorta proqramlarının və şərtlərinin yaradılmasına bir-başa rəhbərin nəzarəti altında yön verilməsi və idarə edilməsi;
  • Anderraytinq əməkdaşları tərəfindən yeni sığorta proqramlarının yaradılmasına koordinasiya verilməsi;
  • Qeyri-standart riskləri sığorta edərkən sorğuların keçirilməsi və sığorta obyektinin qiymətləndirilməsində iştirak etmək, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir edən amillərin müəyyən edilməsi, və həmin iş üzrə hesabatın hazırlanması;
  • Sığorta İddialari və Hüquqi Təminat Departamenti tərəfindən gələn sorğu əsasında hadisənin sığorta olunan və ya sığorta olunmayan sığorta hadisəsi olması barəsində bazanın analizinin aparılması;
  • Şöbə əməkdaşlarının öz ixtisas kvalifikasiyarının artırılması, “Chartered Institute of Insurers” kursunda iştirakının koordonasiya edilməsi;
  • Şirkətin anderraytinq siyasətinin və onun prosedur qaydalarının izah edilməsi üçün əməliyyat şöbəsi işçiləri üçün təlimlərin təşkil edilməsi;
  • Sənədləşmə prosesinə nəzarət edilməsi: sığorta şərtlərinin buraxılmasına nəzarət etmək, onların düzgünlüyünə nəzarət etmək və tarif siyasətinə uyğunluğunun yoxlanılması;
  • Bütun növ sığorta şərtlərinin yaxşılaşdırılması və sistemləşdirməsi prosesinin təşkil və koordinasiya edilməsi, könüllü sığorta şərtlərinin işlənib hazırlanması;
  • Şirkətin tarif siyasətinin idarə edilməsi;
  • Hesabatların tərtib edilməsi;
  • Davam edən risklərin anderraytinqinin aparılması (tarifin müəyyən edilməsi, sığorta şərtlərinin müəyyən edilməsi, risklərin seçimi və s.);
  • Müvafiq növ sığorta üçün kvotaların müəyyən edilməsi;
  • Bir-başa rəhbərin təlimatlarının həyata keçirilməsi.

Biliklər:

  • Ali təhsil – İqtisadiyyat, Hüquq;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini sərbəst istifadə etmə bacarığı, Rus dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: Microsoft Office proqramını yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.

Təcrübə:

  • Minimum 4 il iş təcrübəsi (fərqli sığorta istiqamətləri üzrə anderraytinq təcrübəsi).

Bacarıqlar:

  • İdarəetmə və koordinasiya;
  • Dəqiqlik və cavabdehlik;
  • Komandada işləmək;
  • İşə innovativ yanaşma.

Son müraciət tarixi: 5 avqust, 2022

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi