Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Bölgələr)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumatlar:

  • Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
  1. Kimya mühəndisi;
  2. Qida mühəndisi;
  3. Mexanika mühəndisi.
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.

İş haqqında məlumat:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
  • Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
  • İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.

 

İş yeri: Regionlar- İmişli,Biləsuvar,Kürdəmir,Zaqatala Gədəbəy 

Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

Növbəli iş rejimi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis (Bölgələr)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər

İşəgötürənin reytinqi