İT və Kiber Risklər üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 05.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • İT risklərinin müəyyən edilməsi, ölçülməsi və izlənilməsi üçün proseslərin hazırlanması;
  • İT risklərinin idarəedilməsi və analizi;
  • İT risk proseslərini təkmilləşdirmək üçün İT risk strategiyasının formalaşdırılmasına kömək edən layihə və fəaliyyətlərdə iştirak;
  • Uğurlu İT risklərinin müəyyənləşdirilməsinə və idarə olunmasına nail olmaq üçün alət və prosedurlar yaradacaq İT riskləri, məqsəd və siyasətləri nəzərə alaraq Müəssisə Riski strategiyalarının hazırlanması və yenilənməsi;
  • İT risklərinin idarəedilməsini dəstəkləmək üçün effektiv iş əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • İT risklərinə nəzarət, sahiblik və hesabatlılığı təşviq etmək üçün təlimat və təlimlərin təmin edilməsi;
  • Təşkilatın İT risklərinin idarəedilməsinin monitorinqi;
  • Bankda risk mədəniyyətinin artırılması üçün İT risk təlimlərinin keçirilməsi üzrə materialların hazırlanması;
  • Risk koordinatorlarının müəyyənləşdirilməsinin əlaqələndirilməsi;
  • Risk koordinatorları üçün İT riskləri haqqında məlumatlığın artırılması;
  • İT və kiber risk qrupunun strateji layihələri üzrə işlərin əlaqələndirilməsi;
  • İT riskləri ilə bağlı KRI üzrə məlumatların toplanması və əlaqələndirilməsi;
  • İT və Kiber risk qrupu tərəfindən təqdim olunan hesabatların təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Audit, Daxili Nəzarət, Risk və ya müvafiq sahədə minimum 3 il 
  • Xarici dillər: İngilis dili 
  • Lizensiya/Sertifikat: CRISC, CGEIT 
  • Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları haqqında biliklərin olması
  • Digər: Analitik düşüncə və komandada iş bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “İT və Kiber Risklər üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. 

Email: [email protected]

İşəgötürənin reytinqi