Qazanxana və nasosxana operatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
  • Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
  • Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
  • Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;
  • İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi;
  • Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması;
  • Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.

Tələblər:

  • Qazanxana- istilik sistemləri sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Qazanxana avadanlığının istismarı üzrə geniş və dəqiq bilikləri və müvafiq sertifikat.
  • Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini və texniki xarakteristikalarını;
  • Qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini;
  • İstilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin;
  • Suyun və buxarın keyfiyyət normalarını;
  • Ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini;
  • Qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini ;
  • İstifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini;
  • Qazan aqreqatının texniki-iqtisadi göstəricilərini;
  • İstilik texnikasının, mexanikanın, elektrotexnikanın, su hazırlığının əsaslarını bilməlidir.

Səriştələr:

  • Məsuliyyətli
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır; 
  • İş qrafiki: Növbəli qrafik;
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/qazanxana+ve+nasosxana+operatoru?sources=Jobsearch.az