Marketinq Departamentinin Direktoru

  • Matanat A
  • Elanın qoyulma tarixi: 30.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
  • Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;
  • İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində,  yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində  Marketinq Departamentinin iştirakını təmin etmək;
  • Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
  • Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək;
  • Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək;
  •  Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
  • Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
  • Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək;
  • İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək;
  • İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək;
  • Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək;
  • Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
  • Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
  • Araşdırmaların aparılması üçün iş planları  və proqramları hazırlamaq;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 5 günü. 

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
  • Yaş həddi: 28-45;
  • İş təcrübəsi: Marketinq sahəsində minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kompüter biliyi: Word, Excell, Power Point, Internet;
  • Dillər: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır.

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabliyyəti;
  • İşə planlı yanaşması;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Fəal olması;

Əlavə şərtlər:

  • Ezamiyyət imkanları;
  • Sürücülük vəsiqəsi;
  • Şəxsi avtomobilinin olması;
  • Xarici pasport.

Əlavə tələblər: 

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərin.

 

 

İşəgötürənin reytinqi