SƏTƏM üzrə Mütəxəssis

İşin təsviri

  • Struktur bölmə: ƏM və TT Şöbəsi
  • Əmək haqqı: 800-1000 AZN
  • Tələb olunan işçi sayı: 1 (bir)
  • İş saatları (iş rejimi): növbəli 08:00 – 15:00, 15:00-22:00

İş yeri: Xırdalan ərazisində yerləşir

Vəzifə öhdəlikləri:

  • Tədbirlər planı hazırlayıb şöbə rəisinə təqdim etmək;
  • Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin meneceri tərəfindən gündəlik işqabağı verilən və göstərilən tapşırıqları yerinə yetirmək;
  • Sahədə risklərin qiymətləndirilməsini aparmaq;
  • Gündəlik işqabağı işçiləri təlimatlandırmaq, işçilərin işləyəci peşə və vəzifələrini düzgün və təhlükəsiz icra etmələri haqda məlumatlandırmaq;
  • Fərdi mühafizə vasitələrinin işçilərin tərəfindən düzgün istifadə edilməsinə nəzarət etmək;
  • Hər hansı bir işçinin gördüyü təhlükəli işini anında saxlayıb – işin riskini qiymətləndirdikdən sonra aradan qaldırmaq;
  • İşin riskini aradan qaldırdıqdan sonra həmin riski öz şöbə rəhbəri, istehsalat rəhbəri və sex rəisi ilə müzakirə etmək;
  • İşin riskinin nəticəsini bütün işçilərə bildirmək;
  • İşə yeni başlayan işçilərə ƏM və TT üzrə təlimat keçmək, jurnallara qeyd etmək, 3 (üç) aydan bir bütün işçilərə təkrar və növbədənkənar təlimatlar keçirmək.
  • Bütün zəruri sənədləri hazırlamaq;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM `ə aid olan bütün məlumatları, hadisələrin statistik göstəricilərini və s. məlumatları toplanmaq;

Namizədə tələblər: 

  • Təhsili/ixtisası: Ali təhsil (aidiyytaı sahə üzrə ali təhsil üstünlük hesab olunur)
  • İş təcrübəsi:  Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi 
  • Yaş: 25-45 yaş
  • Kompüter bilikləri: Ms office proqralarına sərbəst işləyə bilmə bacarığı
  • Güclü təşkilatçılıq, nizam-intizam, təşəbbüskarlıq bacarığı, Yüksək ünsiyyət bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, 

İmtiyazlar: 

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Nahar şirkət tərəfindən təmin olunur 
  • Bakı şəhərindən nəqliyyat ilə iş yerinə çatdırılma təmin olunur

Vakansiya üçün müraciət qaydası: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “sətəm üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar