İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbara alış sifarişi (P.O) əsasında daxil olan materialların sifariş və mədaxil sənədləri əsasında qəbulu və 1C proqramı üzrə uçota salınması
- Gündəlik sistem üzrə daxil olmuş material tələbinə əsasən materialların təhvil-təslim prosesinin həyata keçirilməsi
- Stok üzrə mal-material qalıqlarının yoxlanılması (Texniki vəTəsərrüfat anbarları üzrə)
- Şirkət üzrə Ə/V-in, azqiymətlilərin və digər materialların(gübrə-dərman və sair) inverntarizasiya prosesində iştirak edilməsi
- Şöbələr arası sənəd mübadiləsi prosesinin həyata keçirilməsi (mədaxil sənədləri, PO-lar, təhvil-təslim aktları və sair)
- Minimum stok qalıqlarına nəzarət olunması
- Anbar üzrə aylıq müvafiq hesabatların hazırlanması
- Ərazilər üzrə anbarlara daxil olmuş materialların qəbul edilməsi
- Material və mallarının anbarda tələb olunan standartlara uyğun qaydada saxlancını təşkil edilməsi
- Anbar sənədlərinin rüblər üzrə çeşidlənməsi və arxivlənməsi nəzarət olunması
- Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması
Tələblər:
- Təhsil: Ali təhsil
- Azərbaycan dilini səlis bilməlidir
- İş təcrübəsi: Müvafiq sahə üzrə 5 ildən çox
- Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
- Logistika üzrə təməl səviyyədə biliklər
- Sənədləşmə və uçot (kargüzarlıq) yaxşı səviyyədə biliklər
- MS Excel və 1C proqramını yaxşı səviyyədə bilməli
Bacarıqlar:
- Heyətin idarəedilməsi
- Dürüstlük və etibarlılıq
- Məsuliyyət
- Təşkilatçılıq
- Konfidiensallığı qorumaq
- Problem həll etmə və proaktivlik
- Effektiv planlama və icraetmə
- İş yeri: Türkan əməliyyat ofisi
Sosial imtiyazlar:
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
- Nahar təminatı
- Nəqliyyat xərcləri.
https://glorri.com/grandagro/62a81ab4a7cfc87c5deb587e-Anbar%20b%C3%B6lm%C9%99%20m%C3%BCdiri?sources=JobSearch