Büdcə və hesabatlıq şöbəsinə mütəxəssis

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Aylıq, rüblük və illik iadəetmə hesabatlarının/ Müşahidə Şuranın hesabatlarının hazırlanması;
  • İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanmasında iştirak etmək;
  • Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması;
  • ERP/Mühasibatlıq sisteminin tətbiq olunması və idarəetə hesabatlarının avtomatlaşdırılması;
  • Hesablama və hesablanmış müvafiq ehtiyatların yoxlanılmasında mühasiblərə kömək etmək;
  • Kənar auditorlarla sıx əməkdaşlıq göstərilməsi;
  • Qrupdaxili əməliyyatları aylıq olaraq uzlaşdırmaq və fərqləri araşdırmaq
  • İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasında iştirak etmək, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi;
  • Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə qayda və prosedurların yazılması və bunlara əməl edilməsinin yoxlanılmasında iştirak etmək,
  • Ödəniş sənədlərini nəzərdən keçirmək;
  • Şirkətin rəhbərliyə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanması; 
  • Rəhbərlik tərəfindən tapşırılmış digər işlərin icra etmək.

Tələblər:

  • Maliyyə, Mühasibatlıq uçotu ixtisası üzrə bakalavr təhsili;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübə;
  • Kənd təsərrüfatı və ya istehsal yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
  • ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür;
  • Analitik düşüncə qabiliyyətinin olması;
  • MS Ofis və 1 C proqramlarında əla səviyyədə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür

İş şəraitinin şərtləri:

  • İş qrafiki : 09:00-18:00;
  • İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
  • Ə/h müsahibə əsasında təyin olunur.

Müraciət üçün son tarix: 15.07.2022

CV-nizi başlıqda " Büdcə və hesabatlıq şöbəsinə mütəxəssis " qeyd etməklə göndərməyiniz xahiş olunur

Email: [email protected]