Daxili nəzarət mütəxəssisi

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il iqtisadiyyat, maliyyə və ya audit sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Supermarketlər üzrə debitor borcların üzləşməsini həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • Debitor borcların üzləşməsini həyata keçirmək;
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək; 
  • Üzləşmə zamanı aşkarlanmış kənarlaşmaların həlli istiqamətində tədbirlər görmək;
  • Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər:

  • Dəqiq və məsuliyyətli olmaq;
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi;
  • Komandada işləmək bacarığı;
  • İngilis dilini bilmək arzuolunandır;
  • Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.

Email: [email protected]

İşəgötürənin reytinqi