Direktor müavini (Bölgə filialları)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisədə Mühasibatlıq, İnzibati, İnsan Resursları, Hüquq, Təchizat, İT, Anbar, Sətəm funkiyalarının işinin idarə edilməsi;
  • Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması;
  • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
  • Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları
  • Analitik, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
  • Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları
  • AR Əmək Məcəlləsinin əsaslarını bilmək
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
  • Ezamiyyələrə hazır olmaq
  • İdarəetmə sahəsində və rəhbər funksiyalarda 3-5 il ərzində iş təcrübəsi

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Bakıdan olan namizədlərə regionda kirayə ev təminatı

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/direktor-muavini?sources=jobsearch.az