Əmək haqqı hesablanması üzrə mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
  • İşçilərin əmək haqqılarının hesablanması və mühasibat uçotunda əks etdirilməsi;
  • Əmək haqqı ilə bağlı DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
  • Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
  • Təhtəlhesab şəxslərlə hesablaşçalarının sənədləşdirilməsi və uçotda əks etdirilməsi;
  • Müqavilələrin reestrinin aparılması və s.

Namizədə olan tələblər:

  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını bilməli;
  • 1C proqramında işləmə bacarmalı;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

Təminatlar:

  • Əmək haqqı 800 AZN +
  • Nahar yeməyi təmin edilir

Maraqlanan namizədlər mövzu bölümündə Əmək haqqı hesablanması üzrə mühasib yazaraq CV-lərini göndərə bilərlər.

*Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]