Tibbi Koordinator

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 15.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Tibb sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalı; 
  • İş təcrübəsi 1 ilə qədər (sığorta sahəsində olması arzu olunandır) olması arzu olunandır; 
  • Microsoft Office proqramları ilə işləyə bilməli; 
  • Rus və ingilis dilləri bilməsi üstünlükdür; 
  • Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı; 
  • Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı; 
  • Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı; 
  • Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı; 
  • Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək; 
  • Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək; 
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək; 
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq; 
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq; 
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq; 
  • Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Tibbi Koordinator`` başlığı ilə göndərə bilərlər. 

Email: [email protected]

İşəgötürənin reytinqi