SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
  • Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
  • Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
  • SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;
  • Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;
  • Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri.
  • Cəbrayıl rayonuna ezamiyyətlər;
  • İş qrafiki 6 günlük;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • Texniki sahə üzrə ali ixtisas təhsili;
  • Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, təşkilatın missiyasına sadiqlik;
  • İngilis dili biliyi arzuolunandır;
  • Açıq sahə şəraitinə, əlavə iş qrafiki ilə işləməyə hazır olmalı.

 

Əmək haqqı 900-1100 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).

Elektron poçtun “Mövzu” yerinə “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz [email protected] CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Qaya Safety Solutions tərəfindən digər vakansiyalar