Satınalma meneceri

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 13.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsili;
  • Analoji sahədə min 5 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır

Hansı işləri görəcəksiniz:

  • Təchizat ehtiyaclarını proqnozlaşdırır; sadalanan əsas performans göstəricilərini -satın alınmış məhsulların, xammal və s. vaxtında Müəssisəyə çatdırılmasını; çatdırmanın keyfiyyəti; tələb ediləndən artıq alınmış kəmiyyət; satınalma xərcləri; vahid satınalma qiymətləri; vahid satınalmanın inzibati xərcləri; təchizatçıların reytinqini araşdırmaq və həyata keçirmək;
  • Proqnozlaşdırılan satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq;
  • Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırır; təchizatçı və müqavilə sahəsindəki makro trendləri (meylləri) nəzarətdə saxlamaq və bunlara cavab olaraq planlar həyata keçirmək;
  • Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirmək və idarə etmək; təchizatçıların və xidmət təminatçılarının əsas siyahılarını hazırlamaq və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləmək;
  • Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini(müqayisəli təhlil) aparmaq;
  • Öz tövsiyələrini verərək, potensial təchizatçıların siyahısını hazırlamaq;
  • Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirimək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra etmək;
  • Təchizatçıların müəssisənin ərazisindəki qaydalara və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək;
  • Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;
  • Təchizatçılar və brokerlər (başqaları üçün mal alıb satanlar) ilə əlaqələri idarə emək;
  • Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparmaq;
  • Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyasını həyata keçirmək.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma meneceri” yazaraq 14.07.2022- ci il tarixinədək  [email protected]  ünvanına göndərilməsi xahiş olunur.