Marketinq mütəxəssisi

İşin təsviri

İş şəraiti:

  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş vaxtı 09:00 - 18:00
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı:  600 AZN 

Vəzifə öhdəlikləri:

  • Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazasının daima yeniləşdirilməsini həyata keçirmək;              
  • Mərkəzin strategiyasına uyğun marketinq strategiyası və marketinq planı hazırlamaq
  • Marketinq planın icrasını təmin etməks
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi üzrə təkliflər vermək və büdcənin icrası üzrə hesabatlar təqdim etmək
  • Mərkəzin sosial şəbəkələrini idarə etmək
  • Sosial şəbəkələrə və hər şəbəkədəki hədəf kütlələrinə uyğun olaraq kontent müəyyən etmək və dizayn yaratmaq 
  • Mərkəzin internet saytını idarə etmək (mütəmadi olaraq saytın auditini həyata keçirmək, ehtiyac duyulan kontent və dizayn dəyişikliklərini icra etmək )
  • Mərkəzin xidmətlərinin təşviqatını aparmaq
  • Mərkəzə yeni müştərilər cəlb etmək üzrə tədbirlər görmək
  • Mərkəzin sosial məsuliyyət layihələrini icra etmək
  • Mərkəzin imicinin yaxşılaşdırılması  üçün tədbirlər görmək
  • Mərkəzin satış planın icrasına dəstək vermək
  • Mərkəzin rəhbərliyinin ona həvalə etdiyi layihələri idarə etmək  və digər işləri  görmək

Tələb olunan səriştələr:

  • Ali iqtisadi və ya biznes təhsili (marketinq ixtisasını bitirənlərə üstünük verilir):
  • Marketinq sahəsində ən azı 1 il təcrübə (təlim sahəsində marketinq təcrübəsi olanlara üstünlük verilir);
  • Sosial şəbəkələrdə işləmə təcrübəsi;
  • Analitik təhlil bacarığı;
  • Hesabat yazma bacarığı;
  • WordPress proqramında işləmə bacarığı;
  • MS ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərində sərbəst danışmaq, yazmaq bacarığı
  • Kontent yaratmaq bacarığı;
  • Dizayn proqramları (Corel Draw, Photoshop və ya Adobe InDesign) ilə işləmək bacarığı

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun;
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir;
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Email: [email protected]