İstehsalat müdiri

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Zavodun cari və perspektiv inkişaf planlarının tərtib olunması, yeni texnika və yeni növ məhsullar istehsalı texnologiyalarının tətbiqində, texniki-təşkilatı tədbirlərin işlənməsində iştirak edir;
  • Yeni layihələndirilən və fəaliyyətdə olan  istehsal sahələrinin rekonstruksiya olunması, tapşırıqlarının tutulması və texniki-iqtisadi əsaslandırılma işlərində iştirak edir;
  • Yeni istifadəyə verilən avadanlıqların istismara qəbul olunmasında, əsaslı təmirdən sonra texnoloji aqreqatların işə başlamasında iştirak edir;
  • Texnoloji təlimatlar və texniki şərtlərin, xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və istehsal prosesində sərf normalarının yerinə yetirilməsini nəzarətdə saxlayır;
  • Standart və texniki şərtləri olmayan müxtəlif növ məhsulların istehsalı üçün sifarişçilərlə texniki şərtləri razılaşdırır;
  • Zavodda standartlaşdırma işlərini təşkil edir, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasını nəzarətə götürür; 
  • Texnoloji aqreqatlarda əmələ gələn qəzaların səbəblərini araşdırmaq və onların qarşısının alınması tədbirlərini hazırlayır;
  • Zavodda     sifarişlər    üzrə    istehsal    planlarını   yerinə yetirməkdə   texniki   köməklik    göstərir,   aylıq   istehsal,  texniki,  material, azqiymətli, hazır məhsul   və  s hesabatların  hazırlanmasını təmin edir;
  • Zay məhsulların buraxılması səbəblərini araşdırır, keyfiyyətin yaxşılaşdırılması, istehsal itkilərinin azaldılması, xammal və materialların səmərəli istifadəsi barədə tədbirlər işləyib  hazırlayır;
  • Zavodun işinə aid olan məsələlərin həlli üçün kənar təşkilatlarla danışıqlar və yazışmalar aparır, sənədləri vizalayır və zavodun işinə aid müşavirələrdə iştirak edir.
  • Namizədə olan tələblər:
  • Müvafiq sahə üzrə ali texniki təhsilli 
  • Müvafiq sahə üzrə 5  ildən yuxarı  iş təcrübəsi 
  • Mc office, Autocad,Logo,Adobe Photoshop

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır
  • Nahar və servis şirkət hesabına

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İstehsalat müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]