Ekspertiza şöbəsinin rəhbəri

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər: 

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
  • Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
  • Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;
  • Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
  • Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;
  • Dövlət və qeyri-dövlət qurumları ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
  • Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
  • Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;
  • Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi;
  • Müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması;
  • Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
  • Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
  • Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
  • Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
  • Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşımaq;
  • Birbaşa rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Ali təhsil – hüquq, iqtisadi yaxud texniki;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst istifadə etmə bacarığı, İngilis və Rus dillərinin işlək səviyyədə olması (B1);
  • Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
  • Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.

Təcrübə:

  • Minimum 3 il iş təcrübəsi (həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi). 

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Problemlərin həlli bacarığı;
  • Komanda ilə işləmək bacarığı, 
  • Liderlik;
  • Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
  • Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 1 iyul

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi