İnsan resursları üzrə menecer

  • Debet Safety
  • Elanın qoyulma tarixi: 01.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli
  • İnsan Resursları sahəsində minimum 3-5 illik iş təcrübəsi
  • Azərbaycan və rus dilini səlis bilməli
  • 1C proqramını bilənlərə üstünlük veriləcək

Əmək funksiyası:

  • Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Elektron hökumət" portalında işləmək
  • Aylıq işədavamiyyət hesabatını tərtib etmək
  • İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil etmək
  • İşə Qəbul müsahibələri / ilkin görüşləri keçirmək və dəyərləndirmək
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir
  • Korporativ nömrə ilə təmin edilmə
  • İş qrafiki 08:00-dan 17:00-a dək (həftə içi 5 gün)
  • Şənbə və bazar istirahət.

 

Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə menecer” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.