Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
  • Bazar riskləri üzrə stress testlərin aparılması, riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
  • Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması. 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; 
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2022-ci il tarixinədək emailin mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi üzrə mütəxəssis-baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi