Tender üzrə menecer

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 26.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Şirkətin Satınalma proseduruna riayət etməli və aylıq biznes planın hazırlanmasını təşkil etməli
  • Beynəlxalq Maliyyə İnstitutları və Dövlət büdcəsi əsasında elan olunan satınalma elanlarını izləməli və mövcud tələbləri və şərtləri analiz etməli
  • Tender təkliflərinin hazırlanmasına birbaşa nəzarət etməli
  • Şirkətin və departamentin inkişaf planının hazırlanması prosesində iştirak etməli
  • Şirkətin illik satınalma planını hazırlamalı və digər departament direktorlarını bu prosesə cəlb etməli
  • Şirkətin təchizatçılar və müqavilələr bazasını daim nəzarətdə saxlamalı
  • Şirkət tərəfindən elan edilən tender və müsabiqələrə nəzarət etməli və tender təkliflərinin dəyərləndirmə prosesini birbaşa həyata keçirməli

Tələblər:

  • İqtisadiyyat üzrə bakalavr dərəcəsi
  • İnşaat şirkətlərində Satınalmalar üzrə minimum 7 (yeddi) il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Dövlət Satınalmaları Qanununa dair biliklər
  • Azərbaycan və İngilis dili bilikləri, Rus dili üstünlük təşkil edir
  • Mükəmməl analitik və düşünmə bacarıqları
  • MS Office bilikləri (Word, Excel, Power Point proqramları)

İş şəraiti:

  • İş rejimi : 5 günlük, 09:00-18:00
  • İşçi şirkət hesabına naharla, telefon danışıq limiti ilə şəxsi avtomobili olarsa yanacaqla təmin olunur.
  • Əmək haqqı əmək bazarına uyğundur.

CV-ləri “Tender üzrə menecer” başlığı ilə göndərməyiniz xahiş olunur.

Email: [email protected]

AS İnşaat MMC tərəfindən digər vakansiyalar