Anbardar

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 06.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və kompüterə daxil etmək;
  • Şirkətin ümumi ERP bazasında 1C proqram təminatı vasitəsi ilə anbar qalıqlarının daxil edilməsi və istifadə olunan mal-material siyahının hazırlanması;
  • Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbar əməliyyatlarını 1C ERP bazasına işlənilməsi (anbara daxil olma – anbardan çıxma));
  • Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
  • Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması;
  • Anbardakı malların dövriyyəsinin analizi;
  • Anbarda keçirilən sayımlarda iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (bakalavr)
  • Ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • ERP; 1C 8.3; Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
  • Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Ağdam rayonu
  • İş qrafiki: həftənin 6 günü
  • Təminatlar: telefon danışığı, nahar.
  • Əmək haqqı: 800-1000 AZN (Net)

CV-ləri e-mail ünvanına “Anbardar” başlığı ilə göndərməyiniz xahiş olunur.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar