Satış üzrə Mütəxəssis

  • Caspel
  • Elanın qoyulma tarixi: 26.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məsuliyyət və vəzifələr:

  • Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
  • Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
  • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
  • Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
  • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
  • Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.

Tələblər:

  • Ali texniki və ya iqtisadi təhsil
  • Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
  • Kompyüterlə işləmək bacarığı
  • 1 il əmək stajı

Fərdi keyfiyyətlər:    

  • Təşkilatçılıq bacarığı
  • Geniş dünya görüşü və ələqələndirmə bacarığı
  • Məsuliyyət hissi
  • Diqqətlilik

Məşğulluq: Tam.

Email: [email protected]