Kiçik hüquqşünas

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 26.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində, müxtəlif növ müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və ya nəzərdən keçirilməsində, o cümlədən Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.

Namizəddən gözləntilərimiz:

Təhsil, Təcrübə və Nəticələr: 

  • Hüquqşünaslıq və ya digər analojı ixtisaslar üzrə üzrə bakalavr dərəcəsi;
  • Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi bilmək;
  • İş təcrübəsi tələb edilmir;

Bacarıqlar:

  • Regionlara səfər etmək imkanına malik olmaq;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

Digər Bilik və Bacarıqlar:

  • Azərbaycan dilində məqbul danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
  • MS Office proqramlarını yaxşı bilmək;

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı ONLAYN ƏRİZƏ FORMASI düyməsinə basın,  28 İyun, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi “Kiçik Hüquqşünas” qeyd edərək  əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

https://finca.az/jobs/kicik-huquqsunas-2/

İşəgötürənin reytinqi