Sosial Pedaqoq

İşin təsviri

Profiliniz:

  • Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili; 
  • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Uşaq psixologiyası üzrə bilik;
  • İlkin tibbi yardım bacarıqları;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.

Vəzifə və öhdəliklər:

  • Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
  • Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
  • Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
  • Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
  • Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
  • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
  • Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
  • Təhsil  və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək. 
  • Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
  • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

İş şərtləri:

  • Ərazi – Bakı şəhəri;
  • 360.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 10 İyun 2022-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Email: [email protected]