İstehsalçıya hesabatlılıq və büdcə planlama üzrə mütəxəssis

İşin təsviri

İş qrafiki :  09:00-18:00/bazar ertəsi-cümə;

Namizədə olan tələblər:

  • 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Ali təhsil;
  • Əla səviyyədə İngilis dili biliyi;
  • 1 C və MS office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).

Vəzifə öhdəlikləri:  

  • Sifariş olunan bütün avtomobillər üzrə standartlardan əlavə sorğu edilmiş opsiyalar ilə bağlı qiymətin formalaşdırılmasını təmin etmək;
  • Avtomobillərin Sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları İstehsalçının Sifariş proqramına(Vista) daxil etmək;
  • Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
  • Bazarın və Cəmiyyətin satış şöbəsi tərəfindən satılacaq avtomobillərə ehtiyaclarını  müəyyən edərək istehsalçıdan müvafiq nəqliyyat vasitələrinin sifarişini həyata keçirmək;
  • Satışın artırılması məqsədilə Satış şöbəsini aidiyyəti məlumatlarla təmin etmək. Buraya sifariş sistemində dəyişilən, əlavə edilən və ya istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar da daxildir;
  • Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq 
  • Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək;
  • Aylıq sifarişləri və Satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və Cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
  • Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş Prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək.
  • İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək;

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Email: [email protected]