Xəzinədar

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 24.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

  • Ali təhsil; 
  • Xəzinədar vəzifəsində iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; 
  • Nəğd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri barədə biliklər;
  • Microsoft Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmə bacarığı  
  • İşində dəqiqlik, məsuliyyət və dürüstlük;

Əsas öhdəliklər:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlayıb, kassa əməliyyatını tələb olunan qaydada həyata keçirmək;
  • Gündəlik satış məbləği və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nəğd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
  • Kassa məxaric və mədaxil orderlərinin tərtibatını təmin etmək;

İş şəraiti:

  • İş saatları (həftədə 40 saat): Həftəiçi 10.00 - 18.00, Şənbə günü 10.00 - 16.00 (1 saat nahar vaxtı daxil olmaqla)
  • AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
  • İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “Xəzinədar” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərəsiniz.  

Son tarix – 31 may 2022-ci il.

İşəgötürənin reytinqi