Sistem analitik

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif səpkidə layihələrinin analitikasının aparılması;
  • Analitika nəticəsində texniki tapşırıq sənədlərinin hazırlanması;
  • Texniki tapşırıq sənədlərinin developer komandasına və junior analitiklərə izah olunması;
  • Texniki tapşırıq sənədinə əsasən dizaynerlərlə işin koordinasiya edilməsi;
  • Layihənin developmentindən biznes məntiqə uyğun development olunmasına nəzarət və layihə gedişatında komandaya biznes proseslər barədə izahların verilməsi;
  • Layihə üzrə təlimat sənədlərinin hazırlanması;
  • Layihə üzrə təlimatların və təqdimatların keçirilməsi.

Tələblər:

Texniki səriştələr və kvalifikasiya:

  • Ali təhsilli (IT sahəsi üzrə olması arzu olunandır);
  • MS Office proqramlarından (xüsusilə MS Excel,Visio) sərbəst istifadə qabiliyyəti olan;
  • Jira sistemi ilə çalışmaq bacarığı;
  • Rəqəmsal və mətn məlumatlarını təhlil etmək bacarığı;
  • Rus və ingilis dili biliyi;
  • Azərbaycan dilində mükəmməl sənəd yazma bacarığı;

Yumşaq bacarıqlar:

  • Yüksək analitik düşünmə və təhliletmə bacarığı;
  • Punktuallıq və nəticəyönümlülük;
  • Fərdi və komanda ilə işləmək qabiliyyəti;
  • Özünü inkişafa meyillilik və yeniliyə açıq olmaq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əməkhaqqı: Namizədin təcrübə və səriştələrindən asılı olaraq 1000-2000 AZN

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını e-mail ünvanına göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi