İnsan Resursları üzrə Menecer

İşin təsviri

Əmək funksiyası:

  • Müəssisənin işə qəbul sisteminin qurulması, işə qəbulun planlaşdırılmasını təşkil olunması.
  • İşçilərin daimi professional biliklərinin, bacarığının, peşə səviyyələrinin yoxlanması, tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq, iş analizlərinin aparılması və Attestasiyanın keçirilməsi üçün Direktora təqdim olunması; professional təcrübənin artırılması üçün fərqli mənbələrin araşdırılması və həyata keçirilməsi  üçün təkliflərin verilməsi
  • Şirkətin məqsəd və strategiyasına uyğun olaraq işçilərin yönləşdirilməsi
  • Potensialı və bacarığı ilə seçilən işçilərin yüksək nailiyyətləri əldə etməsinə təkan verilməsi və inkişafı üçün lazım olan tədbirləri təşkil edilməsi,
  • Tədrislərin müddətinin təyini və təşkil olunması.
  • Professional təkmilləşdirmə mərkəzləri ilə əlaqələrin qurulması
  • Tədris müəssisələri ilə bağlanan müqavilələrə birbaşa nəzarət etmək
  • Müəssisənin yeni işçilərinin adaptasiyası məqsədi ilə təkmilləşməyə və istiqamətlənməyə birbaşa nəzarət etmək.
  • İşçilərin inkişafı və tədris vasitəsilə kvalifikasiyasının artırılmasına, düzgün kurslara göndərilməsinə və onların nəticələrinin verimli olmasına nəzarət etmək.
  • Müəssisə daxili kadr sənədləşməsi işlərinin aparılmasına nəzarət sisteminin qurulması.
  • Kadr uçotunun aparılması məqsədi ilə 1C proqramında məlumatların daxil edilməsinə nəzarət.
  • Aylıq işçilərin davamiyyət cədvəlinin hazırlanıb, mühasibatlığa təqdim edilməsi

Bilməlidir:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
  • Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, idarəetmənin, əmək qanunvericiliyinin əsaslarını;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsini, kadrların ixtisas və peşəkarlığının artırılması metodlarını;
  • Şəxsi heyətin idarə olunması üzrə metodik materialları;
  • Şirkətin strukturunu, ştatlarını və profilin;
  • Şirkətin kadr siyasətini və strategiyasını;
  • Cari və perspektiv kadr tələbatını müəyyən edən proqnozların tərtibi qaydasını;
  • Kadr marketinqini;
  • Kadrların peşə-ixtisas strukturunun analizi metodlarını;
  • Kadrların fəaliyyəti ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını, Müəssisənin heyəti haqqında göstəricilər bankının yaradılması və aparılmasını;
  • Sosiologiya, psixologiya və əməyin təşkilinin əsaslarını;
  • Istehsalın təşkili və idarə olunması;

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
  • Əmək haqqı: 1200-1500
  • Nahar şirkət tərəfindən verilir
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resuesları üzrə Menecer” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar