Sosial media mütəxəssisi (Al Marketlər)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 15.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Universitetin Biznes, Marketinq, Mühəndislik fakültələrini bitirməli;
  • Rəqəmsal Marketinq sahəsində ən azı 5 il təcrübəsi olmalı;
  • Aktiv və öyrənməyə həvəsli, komandada çalışma bacarığı olan, yüksək enerji və ünsiyyət bacarığına malik olmalı;
  • Rəqəmsal dünyada trendləri, yenilikləri, marketinq və reklam texnologiyalarını yaxından izləməli;
  • Nəticəyönümlü və dinamik iş strukturuna uyğun, güclü analitik düşüncə və problem həll etmə bacarığına malik olmalı;
  • Axtarış motoru optimizasiyası (SEO) və axtarış motoru marketinqi (SEM) sahəsində təcrübəli olmalı;
  • Google Ads və Facebook Business Manager proqramlarını mükəmməl bilməli;
  • MS Office proqramlarından yaxşı istifadə etməyi bacarmalıdır.

Vəzifə təlimatı:

  • İllik büdcə çərçivəsində Rəqəmsal Marketinq Planının həyata keçirilməsi;
  • Gündəlik olaraq sosial media məzmununun hazırlanması və sosial media hesablarında paylaşılması;
  • Sosial media hesablarında (Youtube, Facebook, Instagram) ödənişli reklamların planlaşdırılması, həyata keçirilməsi və hesabatların verilməsi;
  • Vebsaytın məlumatlarının yenilənməsi və monitorinqi.

Əlavə məlumat:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Al Marketler -Sosial media mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi