Laboratoriya bölməsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;
  • Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;
  • ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;
  • Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;
  • İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;
  • İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;
  • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;
  • Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;
  • Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;
  • Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;

Namizədə tələblər:

  • Ali təhsil (Metallurgiya/Kimya/Geologiya/Materialşünaslıq üzrə) ;
  • Sahə üzrə 5 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
  • MS Office üzrə biliklər.

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laboratoriya bölməsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]