İşin təsviri
                
                
                                
                İş qrafiki:
Bazar ertəsi – Cümə: 08:00-dan 17:00-dək
İstirahət günü: Şənbə,Bazar;
Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq.
İşiniz nədən ibarətdir?
	- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
 
	- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
 
	- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
 
	- Vergi sahəsi ilə bağlı əməliyyatlar - vergi hesabatlarının(Mənfəət, Gəlir, Sadələşdirilimiş, Əmlak, ƏDV, ÖMV) tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində göndərilməsini həyata keçirmək, vergi orqanları ilə yazışmalar;
 
	- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
 
	- e-gov.az(işə qəbul, xitam və s.), e-taxes.gov.az(e-qaimə fakturaların tərtib olunması, əvəzləşmə və s.) və digər portallardan istifadə etmək bacarığı;
 
	- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
 
	- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
 
	- Bank əməliyyatlarının həyata keçirilməsi;
 
	- Əmək haqqının hesablanması;
 
	- Bank və kassa əməliyyatları;
 
	- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
 
	- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 
	- Qanunvericiliyə uyğun Kadr uçotunun qurulması və idarə olunması;
 
	- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
 
	- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
 
Sizdən nə tələb olunur?
	- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
 
	- Təhsil: Ali iqtisadi təhsil;
 
	- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
 
	- ACCA üzrə biliklərin olması arzu olunandır.
 
Şəxsi keyfiyyətlər: Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/problemi həll etmə bacarığı.
Proqram bilikləri: MS Office, BTP, 1C 8.3
Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Baş mühasib” adı yazılmalıdır.
Email: [email protected]