Anbardar

  • Spektrmed
  • Elanın qoyulma tarixi: 09.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq;
  • Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
  • Anbardan mal çıxışına nəzarət etmək;
  • Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin elektron qaydada proqram üzərindən təmin edilməsi;
  • Malların yüklənilməsi/boşaldılması;
  • Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək.

Namizədə aid tələblər:

  • Təhsil :  Ali təhsil;
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər;
  • Yaş : 25- 40;
  • Cins : Kişi;
  • MS Office və 1C proqram bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Ciddi, məsuliyyətli, punktual, diqqətli, fəal, ünsiyyətcil və çalışqan.

 İş qrafiki:

  • Həftə içi 09:00-dan 18:00-a dək, şənbə günü 10:00-dan 13:00-dək;
  • Əmək haqqı: 500-600 Azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
  • Ünvan: Bakı şəh, Yasamal rayonu Nazim Hikmət küç 30C.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]