İR üzrə mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 05.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası: 

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;

Namizədə tələblər: 

  • İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi olmalı
  • Ali təhsil
  • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
  • Dil bilikləri: İngilis dili yüksək səviyyədə
  • Yüksək analitik düşüncə
  • Punktuallıq

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün) 
  • Şənbə və bazar istirahət 

Tələblərə uyğun gələn namizədlər  CV-lərini “İR üzrə mütəxəssis”  başlığı altında qeyd edərək göndərmələri xahiş olunur

Email: [email protected]