İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 04.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə və Öhdəli̇kləri̇:

  • İnformasiya təhlükəsizliyinə aid alətlərinin köməyi ilə məlumat sistemlərinin təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
  • DLP, PAM, NGFW, WAF, Endpoint Securty, Azure Security & Complience, IDS/IPS, SIEM  və s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
  • Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi

Bi̇li̇k və Bacarıqlar:

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil;
  • İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi;
  • Azərbaycan və İngilis dili əla, Rus dili üstünlükdür;
  • Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə yaxşı biliyi;
  • PAM, DLP, SIEM, WAF, IDS/IPS və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • Osquery, MITRE, Yara, Sysinternals ilə tanış olması arzuolunandır;
  • Müxtəlif proqramlaşdırma dilləri (.NET, C#, Python, Javascript və.s) ilə tanış olması arzuolunandı;
  • OWASP mobil və veb metodologiyası tanış olması arzuolunandır;
  • ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrdən biri ilə tanış olması arzuolunandır;
  • Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Səbrli və soyuqqanlı olmaq bacarığı.

Son müraciət tarixi: 31 may 2022. 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi