İnsan Resursları üzrə baş menecer

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
  • Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
  • İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
  • İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi),  işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi

Tələblər:

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Ünsiyyət qurma bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • İşə məsuliyyətli yanaşmaq;
  • Problemləri həll etmə bacarığı;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə baş menecer” qeyd edərək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər